Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Narkomaniyaya qarşı birlikdə mübarizə aparaq

0

  •            Xocalı rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın təşkilatçılığı ilə 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə online formatda tədbir keçirildi. Tədbirdə Komissiyaya üzvləri, ümumtəhsil məktəblərinin pedaqoji heyəti və şagirdlər iştirak etdilər.         Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Lamiyyə Qarayeva narkomaniyanın insan sağlamlığına vurduğu zərərdən, cəmiyyətdə törətdiyi fəsadlardan danışdı. Rayonumuzda mütəmadi olaraq narkotiklə mübarizə məqsədilə rayon Polis şöbəsi, Gənclər və idman idarəsi və Təhsil şöbəsi tərəfindən gənclər arasında söhbətlər aparıldığını, qabaqlayıcı profilaktik tədbirlər həyata keçirildiyini diqqətə çatdırdı.          Sonra Xocalı Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik qrupunun Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru, polis baş-leytanantı Tural Xəlilov məruzə ilə çıxışında bildirdi ki, bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı səngidir, ailə və icmaları dağıdır.  İctimaiyyətin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT tərəfindən 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan olunub. Bu mübarizədə cəmiyyətin bütün üzvləri polis əməkdaşları ilə birlik olmalıdır.         Xocalı rayon Gənclər və İdman İdarəsinin rəisi Elməddin Bağırov rəhbərlik etdiyi idarənin gənclərin sağlamlıqlarının qorunması və narkomaniya bəlasının fəsadları haqqında məlumatlandırmaq məqsədilə mütəmadi olaraq “Narkomaniyaya “yox” deyək!” devizi altında rayon yeniyetmə və gəncləri arasında müxtəlif növ idman yarışlarının keçirildiyini dedi.          "Xocalı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru Aqil Məmmədov çıxışında aparılan düzgün maarifləndirmənin və birlikdə mübarizənin nəticəsi olaraq narkotik asılılığından qeydiyyatda olub müalicə alan rayon sakininin olmadığını bildirdi.          Xocalı Rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev çıxışında yeniyetmələrin zərərli vərdişlərdən kənar durmaq üçün ən yaxşı təbliğat yerinin məktəb olduğunu vurğuladı. Şakir Əliyev fikirlərinə əlavə etdi ki, buna görə də hər bir pedaqoq şagirdlərin təhsilinə diqqət yetirdiyi kimi, onların sağlamlıqlarına da diqqət yetirməli, psixoloji, mənəvi köməklik göstərməlidir.          Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Qalib Quliyev narkomaniya ilə mübarizədə vətəndaş cəmiyyətinin hər üzvünün fəal olmağının əhəmiyyətindən danışdı. Sağlam gəncliyin təməli üçün asudə vaxtın düzgün təşkil olunmasının vacib məqam olduğunu vurğuladı. Yeni yaradılan İctimai Şuranın narkomaniyaya ilə mübarizədə maarifləndirici tədbirlərdə Komissiya üvlərinin işlərinə köməklik edəcəyini bildirdi. 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib53 dəfə
    Narkomaniyaya qarşı birlikdə mübarizə aparaq

    Maraqlı gələ bilər
    43